RU
Avtobusda iyrənc hadisə: Konduktor 4-cü sinif şagirdini zorladı - FOTO
10:50
657

Avtobusda iyrənc hadisə: Konduktor 4-cü sinif şagirdini zorladı - FOTO

10 yaşlı uşağa təcavüz edənin məhkəməsinin başlaması etirazlara səbəb olub.

Anası və babası ilə Iğdır-İstanbul avtobusuna minən 10 yaşlı uşaq yuxuda olarkən təcavüzə uğrayıb. Tətildən qayıdan 4-cü sinif şagirdinin avtobusda konduktor Cihat.T tərəfindən zorlandığı iddia edilib. Ailə bununla bağlı Çorlu Cumhuriyyət məhkəməsinə müraciət edib.

 

Zorlandığı deyilən qız bildirib ki, konduktor onun sinəsinə əl atıb:

"Babam 5 nömrəli, anamla mən isə 25-26 nömrəli oturacaqlarda oturmuşduq. Anam babamın yanına getdi. Mən isə televizora baxdığım zaman yuxuya getmişəm. Yuxudan oyanan zaman çay-kofe paylayan konduktorun sinəmə və bədənimə əl atdığını gördüm. Mənə xoşuna gəlirmi dedi. Yox dediyimdə mənim dodağımdan öpməyə başladı. Evə qayıdanda xalam niyə belə üzgün olduğumu soruşanda hər şeyi açıb danışdım".

İttiham olan Cihat isə bu iddiaları rədd edib: " Mən sadəcə uşağın göbəyi və sinəsi açıq olduğundan onun üzərini örtmüşəm. Ola bilər ki, uşaq səhv başa düşüb".

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ