Bakı Apellyasiya Məhkəməsində Gədəbəy rayon sakini Namiq Məmmədovun (1962-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
7news.az xəbər verir ki, bu il aprel ayının 8-i gecə saat 24 radələrində "20 yanvar" metrostansiyasının yaxınlığında, Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda Namiq Məmmədov aralarında şəxsi münasibətlərin pozulması zəminində həyat yoldaşı Fatma Şəmiyevanı (1968-ci il təv.) bıçaqlayaraq, ağır yaralayıb, sonra isə hadisə yerindən qaçıb. Qadın Respublika Klinik xəstəxasına aparılarkən yolda kəskin qanitirmədən vəfat edib. Hadisə yeri Yasamal RPİ 29-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub, müfaviq qan nümunələri götürülb, hadisənin şahidləri sorğu-sual olunub. Səhərisi gün şübhəli şəxs könüllü Yasamal RPİ-nə gələrək təslim olub və törətdiyi cinayət əməlini etiraf edib.
İstintaqla müəyyən edilib ki, cinayəti Namiq Məmmədov azyaşlı övladlarının gözləri qarşısında törədib. Həmin axşam evlərinə qayıdarkən ərlə arvad arasında qısqanclıq zəmnində mübahisə yaranıb, nəticədə təqsirləndirilən şəxs şalvarının cibində gəzdirdiyi açılıb-qatlanan bıçağı çıxararaq Fatma Şəmiyevaya döş qəfəsindən və qarın nahiyyəsindən çoxsaylı zərbələr vurub. Bununla da, o qadını xüsusi amansızlıqla qəsdən öldüüb.
Məhkəmə prosesində Namiq Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq Məmmədov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum və zərərçəkmişin hüquqi varisi apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq qərara alıb ki, N.Məmmədovun 2 il həbsxanada cəza çəkməsi haqda qərar hökmdən xaric edilsin, ümimi cəza isə 18 il olaraq qüvvəsində qalıb.














