RU
Avtobusdan düşən qadını maşın vurdu
20:41
549

Avtobusdan düşən qadını maşın vurdu

Şəki rayonunda 36 yaşlı qadını maşın vurub.

Hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəfərabad kənd sakini, 1979-cu il təvəllüdlü Elnarə Bayram qızı İsmayılova sərnişin avtobusundan düşüb yolu keçmək istəyərkən Qax rayonu sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov idarə etdiyi "VAZ 21099" markalı 66 BG 078 dövlət nömrə nişanlı minik avtomobili ilə onu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 36 yaşlı Elnarə İsmayılova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Elnarə İsmayılova xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ