Göygöl rayonunda minik avtomobili ilə avtobus toqquşub.
Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, hadisə martın 1-də saat 01 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində baş verib.
Kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi “MAN” markalı avtobus toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən İ.İsgəndərov orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.








