RU
Avtomobil ağaca çırpılıb,
23:02
632

Avtomobil ağaca çırpılıb,

Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.

7news.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba rayonunun Barlı kəndi ərazində qeydə alınıb.

"Hyundai" markalı "10 VR 410" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər yaralanıb. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Hadisə yerinə FHN xilasediciləri cəlb olunub. Xilasedicilər meyitlərin deformasiyaya uğramış avtomobildən çıxarılması əməliyyatını aparır.

Faktla bağlı araşdırmalara başlanılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ