RU
Avtomobil belə külə döndü
19:40
301

Avtomobil belə külə döndü

Faktla bağlı araşdırmalar davam edir.

On minlərlə dollar qiymətində olan bahalı avtomobillər hər kəsin gözü önündə yanıb kül oldu. Bu görüntülər Çinin Quantsi vilayətində lentə alınıb. Bahalı avtomobilləri daşıyan nəqliyyat vasitəsinin qəfil alovlanması ortaya bu mənzərəni çıxarıb.

Əraziyə yanğınsöndürən briqadaları cəlb olunanadək alov  satışa çıxarılmamış avtomobilləri cənginə alıb. 20 bahalı maşından 19-u yanaraq tanınmaz hala düşüb.  Son model avtomobillərdən birini vaxtında yerə endirmək mümkün olub.

Qəzaya nəyin səbəb olduğu məlum deyil. Sifarişçi şirkətə isə təxminən 1 milyon dollar həcmində ziyan dəydiyi güman edilir.

Faktla bağlı araşdırmalar davam edir./avtosfer

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ