RU
Avtomobil çalaya düşdü: bir yaralı
14:10
422

Avtomobil çalaya düşdü: bir yaralı

Samuxda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Hacıalılar kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Sahil Əmrah oğlu idarə etdiyi avtomobil idarəetmədən çıxıb və təmir aparılan yolda yaranmış çalaya düşüb. Nəticədə sürücü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ