Göygöl rayonunda yol qəzası qeydə alınıb.
7News.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində baş verib.
İlkin məlumatlara görə, "VAZ 2107" markalı avtomobillə hələlik markası məlum olmayan avtomobil toqquşub. Xəsarət alan iki nəfər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə gətirilib.
Onların vəziyyətlərinin orta-ağır olduğu deyilir.
7News.az








