RU
Avtomobil dayanacağa çırpıldı, 2 nəfər xəsarət aldı
13:20
498

Avtomobil dayanacağa çırpıldı, 2 nəfər xəsarət aldı

Tovuzda avtomobil avtobus dayanacağına çırpılıb, xəsarət alanlar var.

7News.Az xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı avtomobil idarə etməni itirib. Nəticədə minik avtomobili yol kənarındakı avtobus dayanacağına  çırpılıb.

Bu zaman dayanacağda olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1977-ci il təvəllüdlü Heydərov Çoban Asif oğlu və 1999-cu il təvəllüdlü İsmaylov Pərviz Mübariz oğludur. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ