RU
Avtomobil divara çırpılıb, sürücü ölüb
09:58
1273

Avtomobil divara çırpılıb, sürücü ölüb

Tovuzda sürücünün ölməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü Fətəli Hüseynov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında divara çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb. Tovuz Mərkəzi rayon xəstəxanasına aparılarkən o, dünyasını dəyişib.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ