RU
Avtomobil oğruları tutuldular
15:26
497

Avtomobil oğruları tutuldular

Abşeronda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub.

7News.az DİN-ə istinadən bildirir ki, oktyabrın 17-də Abşeron rayonu ərazisindən qaçırılmış, Nicat İbrahimova məxsus "VAZ-2107" markalı avtomobil oktyabrın 22-də Xəzər rayonunun ərazisində tapılıb.

Xəzər RPİ və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Hüseynov, Zeynal Hüseynov, Ceyhun Əlihümbətov və Şahbuz rayon sakini Toğrul Nəsirli tutulub.
 
Onların daha 6 nəfərə məxsus avtomobillərdən pul və akkumulyator oğurlamaları da müəyyən edilib.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ