Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
7news.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
"Volskwagen” markalı, 50 CM 233 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyadanı vuraraq öldürüb. Piyadanın şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.








