RU
Avtomobil piyadanı vuraraq öldürüb
16:30
2121

Avtomobil piyadanı vuraraq öldürüb

Bu gün səhər saatlarında Sabirabadın Qaragüney kəndi ərazisində yol qəzası baş verib.

7news.Az Report-a istinadən xəbər verir ki, həmin kəndin 55 yaşlı sakini Məhərrəm Süleymanov yolu keçmək istəyərkən “Jiqulu” markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ