RU
Avtomobil qaçıran ruhi xəstə qəza törətdi
18:50
529

Avtomobil qaçıran ruhi xəstə qəza törətdi

Quba rayonunda avtomobil qaçıran şəxs tutulub.

DİN-dən 7news.Az-a verilən məlumata görə, mayın 22-da saat 15:00 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus "VAZ-2105” markalı avtomobil qaçırılıb və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi "Kia” markalı avtomobillə toqquşub.

Nəticədə xəsarət alan olmayıb, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ