RU
Avtomobil sahiblərini qorxu içində saxlayan şəxslər tutuldu
13:59
393

Avtomobil sahiblərini qorxu içində saxlayan şəxslər tutuldu

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən quldurluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların törətdikləri digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiyinə görə tutulmuş S.Cəfərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində 8 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Bundan başqa Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə saxlanılan Əyyub Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə, onun dekabrın 3-nə keçən gecə şəhər ərazisində "Mercedes” markalı 8 avtomobildən oğurluq etdiyi də müəyyən edilib./publika

Araşdırmalar aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ