RU
Avtomobil səkiyə çırpılıb, sürücü yaralanıb
21:56
1828

Avtomobil səkiyə çırpılıb, sürücü yaralanıb

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.

Ucar rayonunun Qarabörk kənd sakini 1997-ci il təvəllüdlü Nurlan Vüsal oğlu İbrahimov idarə etdiyi "Hyundaı" markalı minik maşınının idarəetməsini itirib və yol kənarındakı səkiyə çırpıb.
 
Nəticədə sürücü xəsarət alaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Fakt araşdırılır./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ