RU
Avtomobil təmiri sexində yanğın -
01:30
463

Avtomobil təmiri sexində yanğın -

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 3200 kv.m olan avtomobillərin təmiri sexinin alkapondan ibarət divar üzlüyü və dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə və təmirə dayanmış “KİA” markalı iki avtomobildən biri tam, digəri qismən yanıb.

Sexin qalan hissəsi və təmirə dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ