Bakının Nizami rayonunda avtoservisin ərazisində ümumi sahəsi 60 m2 olan avtomobil təmiri sexinin içərisində 5 m2 sahədə taxta tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan sexdə təmirə dayanmış "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi (bufer) və işıqları əriyib. Avtomobil təmiri sexi və avtomobil yanğından mühafizə olunub.
Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.








