RU
Avtomobil traktora çırpıldı - Ölən və yaralanan var
12:30
129

Avtomobil traktora çırpıldı - Ölən və yaralanan var

İmişlidə ağır yol qəzası baş verib.

Hadisə Bəhramtəpə-Biləsuvar yolunun rayonun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Araz Kazımlının idarə etdiyi "Mercedes-Benz” markalı avtomobil Elvin Qurbanovun idarə etdiyi "Belarus” markalı traktorla toqquşub.

Nəticədə minik avtomobilin sərnişini Çingiz Ağayev ölüb, sürücü isə ağır xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ