RU
Avtomobil yoldan çıxıb aşdı - Ölən və yaralanan var
11:40
19

Avtomobil yoldan çıxıb aşdı - Ölən və yaralanan var

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Ələt-Astara magistral yolunun rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA” markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Hadisə nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində həyatını itirib. 2007-ci il təvəllüdlü Nahid Orucsoy isə müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ