Rusiyanın Novosibirsk şəhərində xilasedicilər qapıları bloka düşən avtomobilin salonunda qalmış körpənin həyatını xilas edib.
REN TV xəbər verir ki, ana avtomobili tərk edərkən adəti üzrə avtomobili bağlayıb, bu zaman nəqliyyat vasitəsi kilidlənib.
Maşının qapılarını təkbaşına aça bilməyən qadın mütəxəssislərə müraciət etməli olub.
Hadisə yerinə gələn xilasedicilər bir müddətdən sonra avtomobilin qapısını açmağa müyəssər olublar.
Maraqlıdır ki, bu vaxt ərzində körpə tamamilə sakit oturub, mobil telefonla oynayıb.








