06.02.2016 tarixində oğurluq hadisəsi baş verib.
Bu barədə şikayətçi Lamiyə Ərsin Özkaya özü məlumat verib.
Hadisəni 7News.Az-a danışan zərərçəkən bu sözləri deyib: "Axşam saat 20:30 radələrində evə gəldim. 23:35 radələrində maşınımda olan sumkanı götürmək üçün çölə çıxdım. Gördüm ki, "Passat" markalı avtomobilimin arxa sol şüşəsi sındırılaraq qara rəngdə olan parça sumkamı oğurlayıblar. İçərisində şirkətə aid olan sənədlər, bank kartları, kupça, peçat, göy rəngdə dəftər var idi".
Tapan şəxsə pul mükafatı veriləcəyini bildirən Lamiyə xanım, polisə belə məlumat verdiyini, ancaq 3 gündür ki, heç bir xəbər olmadığını əlavə etdi.
Zərərçəkən şəxsin ünvanı: X.r-nu Əhmədli qəsəbəsi M.Rüstəmov 9.
Əlaqə nömrəsi: 051 724 57 77 - 055 461 22 72









