RU
Avtomobillə 3 yaşlı uşağın başının üzərindən keçdi - Bakıda qəza - VİDEO
13:30
387

Avtomobillə 3 yaşlı uşağın başının üzərindən keçdi - Bakıda qəza - VİDEO

Bakıda iyunun 4-də baş verən dəhşətli hadisənin görüntüləri yayılıb. Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib. Hadisə Abşeron rayon Qobu qəsəbəsində baş verib.

Qara rəngli "Honda" markalı avtomobilin geriyə doğru gedərkən küçədə oynayan 3 yaşlı Aqil Rəhimovun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.

Hadisəni törədən sürücü qonşudur. O da qeyd olunub ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.

Day.Az ARB TV-yə istinadən həmin görüntüləri təqdim edir: 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ