İordan çayının qərb sahilində fələstinli gənc avtomobillə İsrailin 3 hərbçisinə xəsarət yetirib.
Avtomobili onların üzərinə sürən 23 yaşlı fələstinli elə hadisə yerindəcə qətlə yetirilib. Hadisə zamanı hücuma məruz qalan 3 hərbçinin vəziyyəti isə normaldır.
Qeyd edək ki, bir neçə gün əvvəl oxşar insident Ramallahda da baş verib. Həmin hücum zamanı hərbçilər ciddi xəsarət almadan xilas ola bilmişdi.
7News.az







