RU
Avtomobillə vurulan piyada ağır xəsarət alıb
10:10
139

Avtomobillə vurulan piyada ağır xəsarət alıb

Beyləqan rayonunda 43 yaşlı kişini avtomobil vurub.

7News.Az"report"-a istinadən bildirir ki, hadisə rayonun Şahverən kəndində qeydə alınıb.

Avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Süleymanov Ramil Ağamirzə oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüklərinin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ