Görüntülər Amerika Birləşmiş Ştatlarında lentə alınıb. Sükan arxasına keçib cəsarətini nümayiş etdirmək üçün təhlükəli şouya imza atan yaşlı bir qadındır.
Hadisə belə olub. Dostlarıyla parkda söhbət edən gənc oğlan bir anda avtomobilinin hərəkət etdiyini görür. Maşının oğurlandığını düşünərək dərhal onun arxasınca qaçır. Avtomobilə əyləşən şəxs heç nə olmamış kimi boş bir əraziyə gedərək yüksək sürətlə müxtəlif manevrlər yerinə yetirməyə başlayır. Görüntülərdən də aydın olur ki, avtomobilin hər an qəzaya düşmə ehtimalı var. Bununla belə, avtomobil arxasında əyləşən şəxs şousunu xətasız gerçəkləşdirə bilir. Şou bittikdən sonra avtomobildən düşən şəxsin nənəsi olduğunu görən gənc təəccübdən nə deyəcəyini bilmir.
Qeyd edək ki, avtomobillə şou göstərən nənənin görüntüləri mediada və sosial şəbəkələrdə ən çox izlənilən və paylaşılan videolar sırasında yer alıb./atv
7news.az








