"ABŞ-ın Ankaradakı səfiri Türkiyənin qubernatoru deyil, o öz səlahiyyətlərini Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına uyğun şəkildə icra etməlidir”.
7news.Az-ın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerikanın Türkiyə hökumətinin 28 yerli özünüidarəetmə orqanının rəhbərini PKK və FETO ilə əlaqəli olduğuna görə vəzifəsindən uzaqlaşdırılması qərarından narahat olduğunu bildirib.
7news.Az








