RU
Çavuşoğlu Bakıya gəlir
12:36
302

Çavuşoğlu Bakıya gəlir

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Azərbaycana səfərə gələcək.

7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatlara görə, o, Bakıda təşkil ediləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) xarici işlər nazirlərinin 39-cu toplantısında iştirak edəcək. 

Toplantıda nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, energetika, ekologiya, ticarət, gömrük işləri, terrorçu qruplaşmalarla mübarizə, mədəniyyət kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ