"Ermənistan bu təxribatlara son qoymalıdır. Ermənistanla danışıqlarımız ikitərəfli səviyyədə davam edir, lakin biz onlara bildiririk ki, bu, Azərbaycansız davam etməyəcək”.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla Türkiyə arasında normallaşma prosesini şərh edərkən bildirib.
"Azərbaycanla bağlı son proseslər (Ermənistanın hücumları) təbii ki, bizi narahat etdi” , - deyə o vurğulayıb.
7NEWS.Az








