ABŞ-dan F-16 qırıcılarının Türkiyəyə satışı və mövcud olanların modernizasiyasına dair danışıqlar müsbət şəkildə davam edir.
7NEWS.Az xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, nəticə etibarı ilə bu satın-almaya ABŞ Konqresi icazə verməlidir, bundan əlavə Türkiyənin regionda oynadığı rolu müsbət qarşılanır.
7NEWS.Az








