RU
Çavuşoğlu ilə Lavrov arasında görüş yekunlaşıb
20:33
387

Çavuşoğlu ilə Lavrov arasında görüş yekunlaşıb

Türkiyə və Rusiya xarici işlər nazirləri Belqradda müzakirələr aparıblar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bir qədər əvvəl başa çatan görüşdə iki ölkə arasında “təyyarə böhranı”ndan sonra yaranmış vəziyyət müzakirə edilib.

M.Çavuşoğlu ilə S.Lavrovun ATƏT-in Nazirlər Şurasının Belqrad toplantısı çərçivəsində baş tutan bu görüşü 45 dəqiqə davam edib.

Müzakirələrin nəticələri barədə hələ açıqlama yayılmayıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ