RU
Çavuşoğlu:
12:51
336

Çavuşoğlu: "İŞİD ilə mübarizə aparmayan ölkələrin "İncirlik"də nə işi var?"

"İŞİD terror qruplaşması ilə mübarizə aparmayan ölkələrin Türkiyənin "İncirlik" aviabazasında yeri yoxdur".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin yeni baş katibi Antonio Qutyerreşlə görüşdən sonra deyib.

Nazir qeyd edib ki, İŞİD terror qruplaşmasına qarşı mübarizə bəhanəsi ilə bu aviabazadan istifadə edən, lakin faktiki olaraq fəaliyyətsiz qalan ölkələrin "İncirlik"də heç bir işi olmamalıdır.

M.Çavuşoğlu bildirib ki, beynəlxalq koalisiyanın Türkiyəyə dəstəyi qənaətbəxş deyil:
"Əgər bu koalisiya İŞİD ilə mübarizə məqsədilə yaradılıbsa, Türkiyə isə öz növbəsində, terrorçularla fəal mübarizə aparmaq üçün şərait yaradıbsa, niyə Ankaraya müvafiq dəstək verilmir? Təbii ki, bütün bunları görən Türkiyə ictimaiyyəti haqlı olaraq sual verir: "Əgər Türkiyəyə kömək etmirlərsə, "İncirlik" aviabazası nə üçün istifadə olunur?"

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ