RU
Çavuşoğlu: Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib
18:45
364

Çavuşoğlu: Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib

"Malayziya Fətullahçı Terror Təşkilatının (FETÖ) üç üzvünü Türkiyəyə təhvil verib”. 

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, ötən həftə Malayziyanın baş naziri ilə Tailandın paytaxtı Banqkok şəhərində keçirilmiş Asiya Əməkdaşlıq Dialoq Assambleyasının toplantısı çərçivəsində görüşü olub:

"Mənə 3 nəfəri təhvil verəcəklərini bildirdilər. Bununla bağlı prezidentimizə, baş nazirimizə məlumat verdim. Qarşılıqlı təmaslardan sonra oktyabrın 13-də FETÖ üzvlərini Türkiyəyə təhvil verdilər. Banqkokdakı tədbirə də onlardan biri sızmışdı, müdaxiləmizdən sonra bayıra çıxartdılar”. /report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ