RU
Çavuşoğlu NATO Baş katibi və Azərbaycan XİN başçısı da olmaqla 5 ölkənin naziri ilə Əfqanıstan mövzusunu müzakirə edib
21:58
172

Çavuşoğlu NATO Baş katibi və Azərbaycan XİN başçısı da olmaqla 5 ölkənin naziri ilə Əfqanıstan mövzusunu müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün NATO-nun Baş katibi və 5 ölkənin xarici işlər nazirləri ilə telefonla danışıb.

7NEWS.Az-ın Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, tərəflər arasında əsas mövzu Əfqanıstandakı son vəziyyətlə bağlı olub.

Türkiyəli nazir NATO-nun Baş katibi Yens Stoltenberq, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri David Zalkaliani, almaniyalı həmkarı Hayko Maas, Danimarkalı həmkarı Cip Kofod və Qətərin XİN rəhbəri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə telefon söhbətində Əfqanıstanla bağlı müzakirələr aparıb.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ