“Rusiya təyyarənin vurulmasından sonra Türkiyəyə qarşı bir sıra tədbirlər həyata keçirdi. Amma biz bunu etmədik. Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə NATO üzvüyük”.
7news.Az Report-a istinadən xəbər verir ki, bu sözləri brifinqdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə qayıdacağına ümid edirik. Münasibətlərin normallaşmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edirəm”, - deyə M.Çavuşoğlu sözlərinə əlavə edib.
7news.Az








