RU
Çavuşoğlu Rusiya səfirinin cənazəsini Moskva aeroportunda qarşılayıb
23:38
574

Çavuşoğlu Rusiya səfirinin cənazəsini Moskva aeroportunda qarşılayıb

Dekabrın 19-u Ankarada silahlı hücum nəticəsində qətlə yetirilən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun nəşini gətirən xüsusi təyyarə Moskvanın "Vnukovo” hava limanında eniş edib.

7news.Az RİA Novosti-yə xəbər verir ki, hava gəmisinin göyərtəsində mərhumun həkim və psixoloq ilə müşayiət olunan həyat yoldaşı da var.

Rusiya XİN rəhbəri Sergey Lavrov və Moskvada səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu təyyarəni qarşılayanlar arasında olub.

Hadisə ötən gün Ankarada keçirilən fotosərgi zamanı baş verib. Səfiri qətlə yetirən şəxs polis olub. Rəsmi Moskva hadisəni terror aktı kimi qiymətləndirib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ