Qarşılıqlı səfərlər və dialoq İsraillə münasibətlərimizi müəyyən bir nöqtəyə gətirəcək.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"İsraillə münasibətlərimizin normallaşması üçün atacağımız addımlar Fələstin xalqının maraqları bahasına başa gələ bilməz”, - o qeyd edib.
Çavuşoğlu İsrail-Fələsin nizamlanmasında Türkiyənin roluna da toxunub.
"Bu məsələdə mövqeyi başından bəri bəlli olan ölkəyik. Bəlkə də normallaşma üzrə atılacaq addımlar İsrail-Fələstin münasibətlərini, iki dövlət konsepsiyasına Türkiyənin töhfəsini artıracaq”, - nazir vurğulayıb.
7NEWS.Az








