İndiyədək 500 min insan Türkiyənin terrorçulardan təmizlədiyi Suriya ərazilərindəki evlərinə geri dönüb.
7NEWS.Az-ın verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk” kanalına müsahibəsində deyib.
Nazir əlavə edib ki, bütün 4 qonşu ölkədən suriyalıların geri dönməsi üçün onların təhlükəsizlik və ərzaq problemlərini həll etmək lazımdır. Hazırda Birləşmiş Millətlər Təşkilatı bu məsələ ilə bağlı Suriya hökuməti ilə danışıqlar aparır.
7NEWS.Az








