RU
Çavuşoğlu:
16:10
114

Çavuşoğlu: "Ukraynada hər iki tərəf hücuma hazırlaşır"

"Rusiyalı həmkarım Sergey Lavrovla danışacağım xeyli mövzu var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, xüsusilə "Taxıl sazişi”nin müddətinin artırılması ilə bağlı müzakirə aparılacaq: "Biz müharibənin ən qısa vaxtda başa çatmasını istəyirik. Amma hər iki tərəf ciddi hücuma hazırlaşır”.

Çavuşoğlu xatırladıb ki, müharibə xüsusilə region ölkələrinə təsir edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ