RU
Çavuşoğludan Baydenin “erməni soyqırımı” iddialarına cavab
20:30
435

Çavuşoğludan Baydenin “erməni soyqırımı” iddialarına cavab

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı” iddialarına cavab verib.

7News.Az xəbər verir ki, bu barədə Çavuşoğlu tviter hesabında məlumat verib.

Türkiyə XİN başçısı vurğulayır ki, siyasi şarlatanlar yenidən səhnəyə çıxıb:

"Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”.

Qeyd edək ki, Bayden bundan öncə 1915-ci il hadisələrini "soyqırımı” kimi qiymətləndirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ