RU
Çavuşoğludan Ermənistana Qarabağ xəbərdarlığı
13:24
767

Çavuşoğludan Ermənistana Qarabağ xəbərdarlığı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Dağlıq Qarabağ problemi həll edilməyənə qədər Türkiyənin Ermənistanla münasibətlərinin düzəlməsi mümkün deyil.

7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, fikirlərini Beynəlxalq Münasibətlər Düşərgəsində çıxışı zamanı deyib. 

O bildirib ki, Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sabitlik olmayacaq. 

"2019-cu ildə bu məsələ ilə daha yaxından maraqlanacağıq”, - deyə nazir sözlərinə əlavə edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ