Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Vaşinqtona səfər edib.
Türkiyənin NATO-dakı və regional təhlükəsizlikdən rolundan danışan Çavuşoğlu ölkəsinin təcili olaraq hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu bildirib.
O, Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksini alınması üzrə əldə edilmiş razılaşmadan geri addım atmayacağını deyib:
"Biz uzun illər ərzində bu sistemləri ala bilmədik. ABŞ-dan başqa digər müttəfiqlərimizdən də almağa çalışdıq, amma nəticə olmadı. Ona görə də Rusiyadan almağımız lazım idi. Bölgəmizdə bizə bir çox təhlükə var və NATO bunu həll edəcək vəziyyətdə deyil”. /Qafqazinfo.az
7News.Az








