RU
Axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı
11:33
460

Axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Əli Hüseynli Rusiya ərazisində saxlanılıb. 

Ə.Hüseynli ölkəmizə ekstradisiya edilib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ