RU
Axtarışda olan iş adamından Trampa 100 min dollarlıq DƏSTƏK
14:50
228

Axtarışda olan iş adamından Trampa 100 min dollarlıq DƏSTƏK

Korrupsiyada adı hallanan və axtarışda olan malaziyalı iş adamı Lou Taek Jho 2020-ci il prezident seçkiləri üçün Donald Trampa 100 min dollar pul göndərib.

 İddiaya görə həmin pul 2017-ci ildə seçki kampaniyasını dəstəkləmək məqsədilə işləyən "Trump Victory" adlı təşkilata verilib.

Belə ki, təşkilata bu pul Havay adalarında yerləşən "LNS Capital" şirkətindən ödənilib. Lakin bu şirkəti idərə edən Davisin Trampı dəstəkləyən təşkilata həmin pulu verməmişdən əvvəl axtarışda olan Lou Taek Jhodan 1.5 milyon dollar pul aldığı bildirilir. İndi hüquq mühafizə orqanları Trampı dəstəkləyən təşkilata ödənilən 100 min dolların Lou Taek Jhonun "LNS Capital"a göndərdiyi pulla əlaqəsinin olub-olmadığını araşdırır.

ABŞ mediasınının yazdığına görə, ABŞ vətəndaşı olmayanların prezident seçkiləri üçün ianə ayırması qanunsuzdur. Buna görə də "Trump Victory" qanunlara görə xarici şəxslər və şirkətlərdən bu cür yardımları qəbul etməməlidir./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ