Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) çevriliş cəhdi ilə bağlı istintaq çərçivəsində axtarışda olan kontr-admiral İrfan Arabacı tutulub.
Yüksək rütbəli hərbçi İzmirdə yaxalanıb.
Məlumata əsasən, o, tanınmamaq üçün xarici görkəmini dəyişərək saqqal buraxıb.
İ. Arabacı dindirilmək üçün Terrorla Mübarizə üzrə dövlət idarəsinə aparılıb./apa
7news.Az








