Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7 min ABŞ dolları, 15 min manat dəyərində qızıl-zinət əşyaları və iki ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.








