RU
Çay evi qumarxana çıxdı - saxlanılanlar var
17:50
463

Çay evi qumarxana çıxdı - saxlanılanlar var

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki çay evlərindən birində "poker” kart-qumar oyunları təşkil olunduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində "poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı "poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.//publika.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ