RU
“Ay işığı”nın yaxınlığında bıçaqlanma
21:09
480

“Ay işığı”nın yaxınlığında bıçaqlanma

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün Ələt-Astara avtomobil yolunun üstündəki "Ay işığı” ticarət obyektinin yaxınlığında qeydə alınıb.

Belə ki, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 15 ünvanında yaşayan, sürücü işləyən 44 yaşlı Ağalı Mirağa oğlu Hüseynov mübahisə zəminində həmkarı tərəfindən bıçaqlanıb. Sol yanaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. O, daha sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ