RU
Ayağından xəsarət alan kişi xəstəxanada ÖLDÜ
12:03
23

Ayağından xəsarət alan kişi xəstəxanada ÖLDÜ

Zaqatalada ayağından xəsarət alan 50 yaşlı kişi ölüb.

Hadisə səhər saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. 

Belə ki, kənd sakini 50 yaşlı İlham Təmqaz oğlu Davudov yaşadığı ünvanda hələ ki, bilinməyən səbəbdən ayağından xəsarət alıb. 

İ. Davudov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala Rayon Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə təhvil verilib. 

Aparılan tibbi müdaxilələrə baxmayaraq İ. Davudovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra dünyasını dəyişib. 

İ. Davudovun ölümünün dəqiq səbəbinə aydınlıq gətirmək üçün meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır./Apa

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ