Avstraliyada 26 yaşlı sörfer Kris Blous altı il əvvəl onun ayağını dişləyib qoparan köpəkbalığının dişini məhkəmə yolu ilə özündə saxlayıb.
7News.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı yazır.
Hadisə 2015-ci ildə Avstraliyanın cənub sahilində baş verib. Belə ki, sörfinqlə məşğul olarkən 5.5 metrlik ağ köpəkbalığı Blousa hücum edib və ayağını qoparıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Ürəyi dayanmaq üzrə olan Kris 10 gün komada keçirib.
Sağ qalmağı bacaran gəncin sörfinq taxtasına akulanın 5 santimetrlik dişi ilişib, lakin həmin dişi almaq üçün Kris məhkəməyə müraciət etməli olub.
Avstraliya qanunlarına əsasən, heyvanın hər hansı bir hissəsinin satılması və ya saxlanılmasına görə 100 min dollara qədər cərimə və ya iki ilədək həbs cəzası nəzərdə tutulub. Bu səbəbdən həmin diş zooloqlara təhvil verilib.
Lakin məhkəməyə müraciət edən Kris uzun müddət sonra o dişi özündə yadigar saxlaya bilib.
7News.Az








